2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rəsmi Bakı Suriyadakı türkman qətliamına etiraz etməlidirmi?

Əli Əliyev: “Azərbaycan hökumətinin buna etiraz edəcəyini düşünmürəm, çünki…”

Suriyada Əsəd qüvvələri növbəti dəfə türkmanların yaşadığı əraziyə həm artilleriya, həm də aviasiyyadan zərbələr endirib. Maraqlıdır, rəsmi Bakı azərbaycanlı əsilli türkmanların bombalanmasına rəsmi səviyyədə etiraz bildirməlidirmi? Hökumətin bu məsələdə susqunluq sərgiləməsi nə dərəcədə məntiqlidir?
Moderator.az -a açıqlamasında məsələyə münasibət bildirən VİP sədri Əli Əliyev rəsmi Bakının baş verənlərlə bağlı hər hansı mövqe ortaya qoyacağına inanmadığını vurğuladı:
“Təbii ki, Suriyada baş verən hadisələr, eləcə də türkmanların bombalanması ciddi təəssüf doğurur. Bildiyiniz kimi, İran və Rusiya tərəfindən himayə olunan Əsəd hökuməti artıq xeyli müddətdir ki, Suriyada kütləvi qığrınlar həyata keçirir.
Bundan əvvəl də İraqda kürd muxtariyyətinin bayraq məsələsi ilə bağlı qalxan etirazlara Azərbaycan hökuməti susqunluqla qarşılıq vermişdi. İranda azərbaycanlıların yaşadığı ərazidə sel daşqınlarına, onun törətdiyi fəsadlara da etinadsız münasibət sərgiləmişdi. Bu gün Suriya ərazisində baş verən hadisələrə də Azərbaycan hökumətindən hər hansı təpginin gələcəyini gözləmək lazım deyil. Çünki bu hökumət milli maraqları özünə vəzifə bilən hökumət deyil. Ona görə də türkmanları, etnik azərbaycanloıların yalnız Suriyada deyil, dünyanın istəınilən yerində olan problemi bu hökumətin problemi deyil. Bu hökumət Rusiya və İrandan qorxduğundan Əsədin özbaşınalıqlarına da susqunluqla reaksiya verir. Və bu susqunluq qarşıdakı müddətdə də davam edəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button