2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Rəsmi: Dövlət Sərhəd Xidmətində 1 hərbçi 3 hərbçini qətlə yetirərək qaçıb, axtarışlar davam etdirilir

Yanvarın 2-si saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 3 hərbi yoldaşını qətlə yetirərək qaçıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumatda deyilir

Saytların yığılması Saytlarin yigilmasi

“…kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır”.

Məlumatda hazırda kiçik çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirildiyi vurğulanır.

Qeyd olunur ki, Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button