2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rəsmi: 'Yoluxma dinamikası intensivləşdiyi təqdirdə…'

Bu gün, iyulun 8-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkədə koronavirusa yoluxma sayında artım ilə bağlı birgə açıqlama yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamada bildirilir ki, son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib: “Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər”.

Bildirilib ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin bəzi insanlar (yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olanlar) nisbətən ağır keçirirlər.

Hələlik, “yoluxma sayı hansı həddə artdıqda sərt tədbirə keçiləcək” sualına cavab almaq mümkün olmayıb. TƏBİB-dən “Turan”a deyiblər ki, növbəti hansı addımlar olacaqsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantindir. Yoluxma sayindan asılı olaraq rejim zaman-zaman sərtləşdirilib və sonra da yumşaldılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər 800 minə yaxın şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan 9 min 700-dən çoxunun da vəfat etdiyi bildirilir.

Hazırda Azərbaycanda aktiv xəstə sayının 277 nəfər olduğu qeyd edilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button