2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rəsulzadənin qəbiri və abidəsi ziyarət olunub


Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə anılıb. Bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi M.Ə.Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib.

Məlumatı “Azərtac” yayıb.

Yanvarın 31-də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları-nın rəhbərliyi də Bakının Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsini ziyarət ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

AzadliqRadiosunun hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, abidənin olduğu əraziyə qədər Daxili İşlər Nazirliyi 3 polis postu qurub. Polislər koronavirus pandemiyasını səbəb göstərərək müxalifətçiləri 5 nəfərlik qruplar halında ziyarətə buraxıblar.

Xatırlatma

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı ətrafındakı Novxanı kəndində ruhani ailəsində doğulub. O, Müsavat Partiyasının qurucularından olub. Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iştirak edib. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb, Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb. M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button