2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

R.Kazlariç və D.Kramer: “Qərb ölkələrindən heç kim Əliyevi təbrik etməməlidir”

“Azərbaycanda seçki bir məzhəkədir”.

Bu başlıqlı məqalə isə “Foreign Policy” dərgisində yer alıb. Müəlliflər səfir Riçard Kazlariç və Devid J. Kramer yazırlar ki, Birləşmiş Ştatlar İlham Əliyevin korrupsioner rejimiylə barışmamalı, onu pisləməlidir.

Müəlliflər Azərbaycandakı səsverməni bu günlərdə Rusiya və Misirdəki prezident seçkiləri ilə müqayisə edirlər, həmin proseslərin heç birinin Qərb liderlərini təbrikinə layiq olmadığını, eyni prosesin Azərbaycanda da baş verdiyini vurğulayırlar.

“Qərbin başı Putin Rusiyasına qarışdığından Əliyevin Azərbaycanı yaddan çıxıb, amma onun rejimi regiondakı ən korrupsioner və avtoritar rejimlərdən biridir”, – məqalədə deyilir. Müəlliflər Birləşmiş Ştatlarda həm respublikaçıların, həm demokratların hakimiyyəti dövründə Əliyevin pozuntularla yaxasını kənara çəkə bildiyini, Trump administrasiyasının ötən dekabrda tətbiq etməyə başladığı Qlobal Maqnitsky Aktı çərçivəsində sanksiyalardan da canını qurtardığını yazırlar. Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar və Qərb ölkələri Əliyevlə əməkdaşlığa getməklə ölkənin demokratik inkişafına ümidləri məhv edir.

Saytların yığılması Saytlarin yigilmasi

“ABŞ hökuməti anlamalıdır ki, Əliyevə və rejiminə yol açmaq Azərbaycandakı siyasi və sosial durumu daha da pisləşdirib. Bu utancverici seçkinin nəticələri açıqlanınca Vaşinqtondan, digər Qərb ölkələrindən bircə nəfər də Əliyevə zəng edib onu ‘qələbəsi’ münasibətilə təbrik etməməlidir”, – müəlliflər yazırlar.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti insan haqları pozuntularıyla bağlı deyilənləri qəbul etmirlər, xarici medianın, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini isə “qarayaxma kampaniyası” adlandıraraq rədd edirlər.

AzadlıqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button