Loading...
Loading...
Vakansiya 2021

Rabitəbank Son müraciət:03.09.2021 Müştəri xidmətləri təmsilçisi (reception)

 

“Rabitəbank” ASC Bakı filialları üzrə  Müştəri xidmətləri təmsilçisi (reception) üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.

Namizədə olan tələblər:

  • Ali və yaxud orta-ixtisas təhsili;
  • Yüksək kommunikasiya və müştəri yönümlülük;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı İngilis dili arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Məsuliyyətlilik və düzgünlük qabiliyyəti;
  • Dəqiqlik və detallara qarşı diqqətli olmaq qabiliyyəti;
  • Operativlik və problemləri həll etmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına, mövzu hissəsində  “Müştəri xidməti təmsilçisi  yazaraq göndərə bilərlər. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button