Vakansiya 2021

Rabitəbank Son müraciət:10.10.2021 Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsinə kiçik mütəxəssis

 

“Rabitəbank” ASC  Kart Biznes Departamentində Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsinə kiçik mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə üzrə olan öhdəliklər:

 – Kart məhsulları və nağdsiz hesablaşmalar  üzrə daxili və xarici bazarı daimi təhlil etmək;

 – Əmək haqqı layihələri üzrə aidiyyatı şirkətlərə kart məhsullarını və xidmətlərini təqdim etmək;

 – Sponsorluq altında işləyən bankların yeni kart məhsulları və xidmətləri haqda məlumtlandırılması və dəstək edilməsi;

 – Bank kartlarına aid marketinq, endirim və bonus proqlamlarının və bütün növ yenilik və dəyişikliklərin kart sahiblərinə çatdırılması (email, bankın saytı, direct mail, pop-up, telefon);

 – Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq;

 – Kart məhsulları və onların satışı üzrə filiallara və satış nöqtələrinə metodoloji və texnoloji dəstəyi təmin etmək;

 – Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı, daxili nəzarət qaydalarının hayata keçirilməsində Maliyyə monitorinq şöbəsinə dəstək vermək;

 – Bankdaxili qayda və təlimatları bilir və onlara riayət edir.

Vəzifəyə olan tələblər:

 – Ali təhsil

 – Plastik kartlar sahəsində təcrübəsinin olması arzu olunandır;

 – İngilis dili

 – İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları
stimullaşdıra bilmək;

 – Marketinq və ünsiyyətqurma bacarığı;

 – Müştəri yönümlülük və satış yönümlülük;

 – Analitik bacarıqlar.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“Kart məhsulları və xidmətlərinin inkişafı şöbəsinə kiçik mütəxəssis”göstərməyiniz xahiş olunur.

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button