Vakansiya 2021

Rabitəbank Son müraciət:10.10.2021 Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis

 

“Rabitəbank” ASC Riteyl Bankçılıq Departamenti, Partnyorlarla iş şöbəsinə Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə üzrə olan öhdəliklər:

  • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
  • Potensial dövlət, özəl müəssələrin əməkdaşları ilə görüş, təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Pərakəndə bazarı araşdırmaq, rəqib banklar, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Bankın məhsul və xidmətlərini özünə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu ölçür, müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Banka yeni cash back (gələcəkdə taksit olarsa, taksit) üzrə Partnyorların cəlb olunması.
  • Banka riteyl kreditlər üzrə Partnyorların cəlb olunması. Həmin Partnyorlar üzrə kreditlərin və kartmane kredit kartların verilməsi prosesinə nəzarətin edilməsi.
  • Şirkət və idarələrlə görüşlərin keçirilməsi, bankın kredit və kart məhsulları üzrə satışların həyata keçirilməsi ilə bağlı prezentasiyaların təqdim olunması.
  • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
  • Şöbə rəisi və departament direktoruna hesabatları təqdim etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsilin olması;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Müvafiq sahədə iş stajı azı 3 il
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini orta səviyyədə bilmək;
  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla İş şöbəsi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button