2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Rabitə Nazirliyi saytlara qarşı iddia qaldırarkən qanunu pozub”

Bu ilin martında qanuna edilən düzəlişə görə, icra hakimiyyəti orqanı saytların bloklanmasına təşəbbüs göstərə bilər. Ancaq bir sıra müstəqil saytlara qarşı iddia bu normaların pozulması ilə qaldırılıb.

Bunu Turan agentliyinə Sivil Toplum Platformasının üzvü, media sahəsində ekspert Ələsgər Məmmədli bildirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.org, azadliq.info, meydan.tv, “Turan” telekanalı (TuranTV) və “Azərbaycan saatı”nın saytlarının bloklanması ilə bağlı məhkəmə iddiasını şərh edən Ə.Məmmədli deyib ki, qanuna görə, qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı öncə İnternet resurslara məlumat verilməli və çıxarılması tələb olunmalıdır. Əgər saytların rəhbərliyi bundan imtina edərsə nazirlik məhkəməyə müraciət edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

İndiki halda həmin saytlara belə bir xəbərdarlıq göndərilməyib.

Ekspert hesab edir ki, saytların bloklanması ilə bağlı iddiada məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir. Sərbəst giriş imkanlarını məhdudlaşdırmaqdır.

“Ancaq bütünlükdə bunu məhdudlaşdırmaq mümkün deyil, “proxy” proqramlar və s. həmin saytlara girişə imkan yaradacaq. Amma burda ikinci bir məqsəd ola bilər. Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin özlərinin təqibinə başlanıla bilər. Onları qanunsuz fəaliyyətdə ittiham etmək, təqib etmək, qorxutmaq ehtimalı mümkündür”, – Ə.Məmmədli bildirib.

Digər tərəfdən, rəsmi qurumlar həmin saytlara informasiya verməkdən imtina edəcəklər.

Azərbaycanda saytların məhkəmə qərarından şikayət vermək şansı demək olar ki, yoxdur.

Amma Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərlərsə ciddi perspektiv ola bilər, Ə.Məmmədli qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button