2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Radikal kürdlərin bölgəyə köç etməsinə etiraz – Culfada

Güney Azərbaycanın Culfa şəhərində bir qrup azərbaycanlı fəal kürd terror qruplaşmalarının dəstək verdiyi radikal kürdlərin bölgəyə köç etməsinə reaksiya verib.

Azərbaycanlı fəallar kürdlərin müxtəlif bəhanələrlə bölgəyə mühacirət etməsi barədə Bəyanat yayaraq əhalini terror qruplaşmalarının planlarına qarşı oyanıq olmağa çağırıblar. “Bildiniyiz kimi, kürdlər sərhədyanı şəhərlərdən Culfa şəhəri və ətraf kəndlərə kütləvi şəkildə köç edir. Bu köç Azərbaycan torpaqlarını işğal etmək siyasətinin tərkib hissəsidir və öncədən planlaşdırılmış bir ssenaridir. Qərbi Azərbaycan vilayətində baş verən qarşıdurmalara diqqət yetirsək, bu siyasətin Şərqi Azərbaycana nə vəd etdiyini başa düşmək çətin olmaz. Biz bu hadisəyə lazımi reaksiyanı verməsək, bölgədə yaxın zamanda milli qarşıdurmalar qaçılmaz olacaq. Bu gün Qərbi Azərbaycanda kürd terrorizminin fəallaşdığı kimsəyə sirr deyil. Artıq bölgəni gözlənilən böhrandan qurtarmaq üçün birlikdə hərəkət edib və real addımlar atmağa hazır olmalıyıq”- deyə Bəyanatın bir hissəsində qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin verdiyi məlumata görə, son həftələrdə təxminən 2000 nəfər kürd, işçi adı ilə bölgəyə köçüb və Livərcan kəndinin məktəb binasında məskunlaşıb: “Kənd əhalisi isə bu vəziyyətə kəskin etirazını bildirib. Hansı təşkilata bağlı olduğu məlum olmayan “Məcd” adlı bir şirkət, Culfanın Qurdian məntəqəsində təxminən 80 hektar əkin ərazisini mənimsəyib və iş bəhanəsi ilə kürdləri bu məntəqəyə yerləşdirir. Bəzi kürdər isə ticarət adı altında naməlum şəxslərin vasitəsi ilə məntəqəyə yerləşdirilir. Bütün bunlar o halda baş verir ki, Culfanın “işçi meydanı” işsiz insanlarla doludur, onlar minimum pul qarşılığında işləməyə hazırdılar”- deyə qeyd etdiyimiz mənbə bildirib.

Gunaz.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button