2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Rafael Cəbrayılov Milli Məclisə müraciət etdi: mandatdan imtina edir

“O, seçicilərindən, həmkarlarından üzr istəyib”
300 min dollar borc qarşılığında III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.
“Report”un xəbərinə görə, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, Konstitusiyaya uyğun olaraq R.Cəbrayılov özü deputat mandatından imtina edib: “O, eyni zamanda seçicilərdən, deputat həmkarlarından, cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib”.
Ə.Hüseynli deyib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. 
Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.
Deputat ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib. 
Məlumata görə, ona borc verən şəxs Fətəliyeva Təranə Rasim qızı ilə deputat ailəvi yaxın münasibətlərdə olub.
Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.
Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button