2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Rafael Cəbrayılovun qardaşları məsuliyyətə cəlb oluna bilər

Keçmiş deputat Rafael Cəbrayılov bu gün (30 Sentyabr 2021) səhər saatlarında dünyasını dəyişib. Məlumata görə R.Cəbrayılov koronavirusdan dünyasını dəyişib.

Dələduzluq ittihamı ilə həbs edilən keçmiş deputat Rafael Cəbrayılov dünyasını dəyişsə də, zərərçəkənlər pullarını geri almaqda israrlıdır.

Adının çəkilməsini istəməyən zərəçəkənlərdən biri “24 saat“-a bildirib ki, Rafael Cəbrayılov baş verənlərdə qardaşları Rauf və Elşən Cəbrayılovları ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Ona görə də biz həmin şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Rafael Cəbrayılov dəfələrlə bildirib ki, bizim pullarımızı qardaşları Rauf və Elşən Cəbrayılovlar mənimsəyib. Digər tərəfdən, biz Cəbrayılovlara məxsus tikinti şirkəti olan “Dərhal” MTK-dan şikayətçiyik. Bu MTK-ya vaxtilə Rafael Cəbrayılov rəhbərlik edib. İndi isə məlum olur ki, şirkətin rəhbəri Elşən Cəbrayılovdur”, – deyə zərərçəkən əlavə edib. Onun sözlərinə görə, Elşən Cəbrayılov hazırda İstanbulun Bəydüzü adalanan ərazisində tikinti işləri ilə məşğuldur:

“Həmin işlər bizim pullarımızı hesabına həyatına keçirilir. Bunu da Rafael Cəbrayılov demişdi. O hətta məhkəmədə qardaşını “şərəfsiz” adlandırmış, onun məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Bu baxımdan, bizim haqqımızı var ki, Elşən və Rauf Cəbrayılovların məsuliyyətə cəlb olunmasını tələb edək”.

Məlumat üçün deyək ki, keçmiş deputatın cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Rafael Cəbrayılovun həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb. Rəsmi məlumatda zərərçəkənlərdən biri Bakı sakini qeyd edilib. Zərəçəkənin iddiasına görə, Rafael Cəbrayılov ona 240 000 manat “atıb”. Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var. Onun sözlərinə görə, deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

Başqa bir zərərçəkmiş – həkim stomatoloq Sülhiyyə Məmmədovadır. O, “Dərhal” MMC-nin inşa etdiyi 5 mərtəbəli binalardan birindən 150 min manat dəyərində qeyri-yaşayış sahəsi almaq istəyib. Bu məqsədlə deputata və qardaşlarına pul versə də, nə əmlak ala bilib, nə də pulunu geri qaytara bilib. Bu səbəbdən də Rəfael Cəbrayılovdan şikayətçi olub. Digər zərərçəkənlər isə aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar

Məlahət Qurbanova – 580 000 dollar

Xatirə Nəcəfova – 200 000 dollar

Yusif Orucov – 200 000 dollar

Aynur Kazımova – 100 000 dollar

Şəfa Məmmədova – 80 000 dollar

Bəşir Məmmədov – 60 000 dollar

Allahverdi Səfərəliyev – 30 000 dollar.

Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button