Now Reading:
Rafiq Hüseynovda yenidən şiş tapıldı – Türkiyəyə aparılır

Rafiq Hüseynovda yenidən şiş tapıldı – Türkiyəyə aparılır

Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq.

Bu barədə yenicag.az-a diktor özü açıqlama verib. Acı xəbəri bizimlə bölüşən Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.