2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Rahim Şalıyevin həbsi – QURDQANLI YAZIR

 

Vaxtından bir az tez zəng vurmuşdu. Onunla çalışdığımız təxminən 1 illik müddətdə bir dəfə də olsa məsuliyyətsizliyini görməmişdim. İşinə ciddi yanaşan, əsla amma əsla usanmadan nəticə üçün çalışan azsaylı tanıdıqlarımdandır Rahim Şalıyev.

Saaat onikini təzə keçmişdi. Əslində işə başlamağına hələ 2 saat qalırdı. Bu səbəbdən təəccübləndim. Elə ilk kəlmələrindən də tanıdığım Şalıyevin polisə aparılacağını onun öz dilindən eşitdim. Sadəcə məlumat verirdi – işdir birdən nəsə baş verərsə, məlumatımız olsun, saytın yenilənməsində problem yaşamayın deyirdi…

Saytların yığılması Saytlarin yigilmasi

Bu qədər əxlaqlı biridir küçədə söyüş söydüyü iftirası ilə həbs olunan, sonra döyülən, daha sonra əlinə pol ağacı verilərək yerləri silməyə məcbur edilən Rahim Şalıyev.

Gəncdir, bir o qədər də intellekt sahibidir. Səbrli və bir o qədər də sözünü deməyi bacaran birisidir.

Ona və sözünə inamın tamdır. Eləməmişəm deyibsə, dünyanın bütün polisləri üzünə dursa da mən Rahim bəyin dediyinə inanmağı üstün tutaram. Necə ki, tuturam da.

Onun 30 sutkalıq həbsinin səbəbini tam anlaya bilməmişəm. Məqsəd ReAL-dırsa, Rahim Şalıyev bu təşkilatda ciddi fiqur deyil, bu səbəbdən 30 sutka çox görünür. Məqsəd facebook statuslarıdırsa, yenə də ağılabatan, hakimiyyəti narahat edəcək heç nə görmürəm.

Sadəcə məsələ dürüstlüklə bağlıdır, prinsipiallıqla bağlıdır, o qədər…

Bu hakimiyyətə savadlı və prinsipial gənclik əlverişli deyil. Rahim Şalıyev bunlardan əlavə həm də, əxlaqlı birisi olduğu üçün yuxarıların atdığı “kimi tutaq” püşkündə bu dəfə məqsədli şəkildə onun adı çıxıb…

Rahim bəy vəkilinə polis idarəsində döyüldüyünü və təhqir etdiyini bildirib. Kifayət qədər ciddi ittihamdır. Dərhal araşdırılması lazım idi. Ört-basdır etmək üçün məhkəməyə belə gətirmədilər. Şalıyevin ittihamını dolayısıyla təsdiqlədilər…

20 Fevralda NASA dünyadan 40 işıq ili məsafədə 7 yeni planet kəşf etdiyini elan etməyə hamilə idi. İnsan oğlunun ünü 40 işıq ili uzağa uzanmışdı. Xəstə ürəyi və zədəli başı ilə olanlara biganə qala bilməyən Rahim Şalıyev isə səsini kimsəyə yetişdirə bilmir. Hakimiyyət vitse-prezident elanın dərdində, hakimiyyət yetkililəri bu olayı mədh etməyin həzzində, hakimiyyətin quyruqbulayanları yaltaqlanmaq üçün yeni-yeni üfiqlərin sevdasında qovrulduğu günlərdə kimin nəyinə lazımdır bütün varlığı ilə Azərbaycana bağlı olub, Azərbaycanı düşünən Rahim və rahimkimilər?!

Rahim bəyə inanmım tamdır. Sözü acı ola bilər, amma dava ilə, əxlaqsızlıqla deyil, danışaraq, müzakirə edərək udulabiləcək türdəndir. İllər keçəcək, Şalıyev və ona inanan bizlər apardığımız demokratiya mübarizəsindən mütləq qalib çıxacağıq. Azərbaycan dünyanın gülüş mərkəzi və yaxud “kötü örnəyi” olmaqdan qurtaracaq. Sözə görə telekanallar bağlanmayacaq, gənc insanlar şərlənərək həbsə atılmayacaq.

Bax o zaman Rahim Şalıyevin üzünə duran, ona işgəncə verən şəxslərin üzünə baxmağı arzu edirəm. Əlbəttə onları kimsə intiqam naminə mühakimə etməyəcək, amma mütləq içlərindəki vicdan sızlayacaq, kim olduqları özləri anlayacaqlar. Hələlik NASA-nın tapdığı planetlər qədər uzaqdırlar vicdanlarından…

Yeri gəlmişkən, hazırda son 3 ildə ilk yazımı yazıb tamamlamaq üzrəyəm. Yazdıqca ən çox üzüldüyüm budur ki, bu işi bitirdikdən sonra yazını Rahim bəyə yollayıb uyğun bildiyi zamanda sayta qoymasını istəyə bilməyəcəyəm. Oysa bütün yazıların ən doğru zamanını da, ən doğru təqdimatını da bilən o idi.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button