2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rahmon Taliban hökumətində taciklərə də yer istəyir

Tacikistan prezidenti Emomali Rahmon, Taliban Əfqanıstanında gələcək hökuməti necə gördüyünə dair rəy bildirib.

O deyib ki, Əfqanıstanın gələcək hökumətində ölkənin bütün etnik qruplarının nümayəndələrinə yer olmalıdır.

Taciksitan prezidenti avqustun 25-də bu ölkəyə səfərdə olan Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşiyə deyib ki, Düşənbə üçün ən mühüm olanı Əfqanıstandakı tacik əhalinin təhlükəsizliyi və hüquqlarının qorunmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Tacikistan prezident aparatının məlumatına görə Əfqanıstan əhalisinin az qala yarısı etnik taciklərdir.

Əfqanıstan əhalisinin etnik tərkibi barədə hazırda etibarlı mənbə olmasa da, milli azlıqların hüquqlarını müdafiə edən Minority Rights qrupu bildirib ki, bundan əvvəlki təxminlərə əsasən Əfqanıstanda taciklər əhalinin 27, özbəklər 9, türkmənlər isə 3 faizini təşkil edirlər.

Əfqanıstandakı ən böyük qrup – 40 faiz təşkil edən pəştulardır.

Düşənbə tərkibində taciklər olmayan hökuməti tanımayacaq

Taliban paytaxt Kabil də daxil olmaqla, demək olar bütün Əfqanıstan üzərində nəzarəti ələ keçirib.

ABŞ qoşunlarının bu ölkədə 20 il qaldıqdan sonra Əfqanıstandan çıxarılması böyük xaos yaradıb.

Bir çox əfqanlar ölkələrini tərk etmək üçün yollar axtarırlar.

Kabilin hava limanında Talibanının mümkün təcavüzündən qaçmağa çalışan minlərlə əfqan toplaşıb.

Tacikistan prezidentinin aparatı bildirib ki, Düşənbə “bütövlükdə Əfqanıstan xalqının, milli azlıqların hüquqlarının tanınmaması üzərində qurulmuş” hər hansı hökuməti tanımayacaq.

Emomali Rahmon deyib ki, Əfqanıstandakı siyasi problemlərin ən rahat çözümü bu ölkədə bütün milli azlıqların daxil olduğu iştiraklı hökumətin yaradılmasıdır.

O əlavə edib ki, söhbət ilk növbədə etnik taciklərdən gedir.

Rahmonun fikrincə Əfqanıstandakı siyasi sistem referendum yolu ilə yaradılmalıdır.

Moskva narazıdır

Son həftələrdə Talibanın hücumlarından qaçan yüzlərlə tacik sərhədi keçərək Tacikistana və qonşu Özbəkistana pənah gətirib.

Hər iki ölkə güclü qaçqın axınının baş verə biləcəyindən narahatdır.

Ötən həftə ABŞ Dövlət Departamenti bildirmişdi ki, Tacikistan və Özbəkistan Əfqanıstandan evakuasiya edilən amerikalılar üçün tranzit verəcək ölkələr sırasındadır.

Mərkəzi Asiya ölkələri ilə müttəfiq olan Rusiya ABŞ-ın bu niyyətinə şübhə ilə yanaşır.

Moskva bildirir ki, Vaşinqton əfqanları Mərkəzi Asiya ölkələrinə qaçmağa sövq edir.

Digər mümkün tranzit ölkələrin sırasında Bəhreyn, Britaniya, Danimarka, Almaniya, Küveyt, Qatar, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin adları çəkilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button