Loading...
Loading...
Siyasət

Ramazan Abdulatipov Allahşükür Paşazadəyə məktub yazdı

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərib.

Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ramazan Abdulatipov məktubda Allahşükür Paşazadəyə, Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda günlərinin keçirildiyi vaxt göstərdiyi qonaqpərvərlik və səmimi qarşılamaya görə minnətdarlıq edib: “Keçirilən tədbirlər Dağıstan və Azərbaycanın birgə tarixi taleinin olduğunu hamıya bir daha xatırladan, xalqlarımız arasında mövcud olan qonşuluq və qardaşlıq xarakteri daşıyan dostluğu təsdiqləyən, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli əlaqələri inkişaf etdirmək və daha da möhkəmləndirmək əzmini nümayiş etdirən irimiqyaslı hadisə olub”.

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır
Back to top button