2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ramil Usubov Əli Həsənovun oğluna yüksək vəzifə verdi

Emin Həsənovun vəzifəsi artırılıb

Baş nazirin müavini Əli Həsənovun oğlu daxili işlər orqanlarında yüksək vəzifəyə gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”a deyib ki, əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəis müavini olan, polis polkovniki Emin Həsənov indi Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.

Əli Həsənov uzun illər Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri olub. Onun adı son illər nəvəsi Nail Allahverdiyevin törətdiyi yol qəzası ilə bağlı gündəmə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci il, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı və Nail Allahverdiyev 6 il azadlıqdan məhrum edilmişdi. Lakin 2018-ci ilin avqustunda Baş nazirin nəvəsinin cəza rejimi dəyişdirilərək, həbsxanadan buraxıldı. Bakı Apelyasiya Məhkəməsinin qərarına görə, cəzası 5 ilə endirildi və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində (“komendatura”) çəkməlidir.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button