Now Reading:
Ramil Usubov “Masallıda kişi var?” deyən polisi işdən qovdu – VİDEO

Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
az24saat.org-un APA-ya istinadən məlumatına görə, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.