24 saat
Ramil Usubov rəis təyin etdi

Daxili İşlər Nazirliyində (DİN) yeni təyinat olub.
Open.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Hüseynəli Məlikov nazirliyin səfərbərlik işləri və mülki müdafiə şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, buna qədər həmin vəzifədə Yusif Mehdiyev çalışıb. Y. Mehdiyev iyulun 14-də iş başında ürək tutmasından vəfat edib.
You must log in to post a comment.