Now Reading:
Ramil Usubov tanınmış saatsazın oğlunu işdən çıxardı – qəzaya görə

az24saat.org-un APA-ya istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.

Qeyd edək ki, C. Fətəliyev Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.

C. Fətəliyevin atası H. Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.