2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ramil Usubov Yaşar Güleri qəbul edib

Daxili işlər naziri Ramil Usubov aprelin 26-da onun dəvəti ilə Azərbaycana gələn Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Yaşar Güleri qəbul edib.

Nazirliyin mətbuat xidməti bildirir ki, R.Usubov iki ölkənin daxili işlər orqanlarının əməkdaşlığı baxımından zəruri hüququ bazanın yaradılmasından bəhs edib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir xüsusi vurğulayıb ki, ordu quruculuğunda, Daxili Qoşunların formalaşmasında, şəxsi heyətin peşəkarlığının yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, Jandarm Komandanlığının böyük zəhməti olub.

Buna da bax:​ Daxili Qoşunların statusuna dəyişiklik edilir

Y. Güler iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını deyib.

Türk komandan vurğulayıb ki, Azərbaycan ordusunun, Daxili Qoşunlarının inkişafından ötrü bundan sonra da səylərini əsirgəməyəcəklər.

“Belə əməkdaşlıq, təcrübə mübadiləsi qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edir”, – o, deyib.

Buna da bax:​ Ramil Usubov: ‘İnsan haqlarını pozan 1579 polis cəzalandırılıb’

Xatırlatma

Türkiyənin Jandarma Qüvvələri Baş Komandanı, general Yaşar Gürel aprelin 26-da Azərbaycana gəlib.

O, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşməlidir.

Mayın 1-dən 5-nə kimi Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə təlimləri keçiriləcək.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button