Now Reading:
Ramil Usubovdan rəis təyinatları – SİYAHI

Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.
Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

 

Report

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.