2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ramil Usubovun başqa alibisi varmı?

Xaqani Əliyev

[email protected]

Yazıma məhşur “Banditskiy Peterburq” serialından bir ibrətamiz(!) epizodla başlamaq istəyirəm. Mafiya həbs etdirmək istədiyi rəqibi üçün yüksək çinli polis zabiti ilə bazarlığa oturur. Vəd olunan məbləğ o qədər şirnikləndirici olur ki, hətta zabit torbası tikiləcək adamın evindən silah “tapmağa” da razılıq verir. Ayrılan zaman poliz zabiti kiçik bir detalı dəqiqləşdirmək üçün onlardan silah haqda soruşur: “Onu nə zaman və hara qoyacaqsınız ki, mən işimi bilim”. Polis zabitinə deyirlər ki, silahı özün evə qoyub, sonra da “tapacaqsan”. Bu cavabı təhqir kimi qəbul edən zabit anlaşmanı pozur və onlara “mən hələ şərəf və ləyaqətimi bu dərəcədə itirməmişəm” deyir. Bu ibrətamiz məqama qayıdacağıq və yazıma hamımıza tanış olan bir standart epizodla davam etmək istəyirəm.

Saytların yığılması Saytlarin yigilmasi

…Yəqin ki, televiziyada narkotik alverçilərinin tutulduğu kadrları çox seyr etmisiniz. Ənənəvi olaraq, biri Iran vətəndaşı olmaqla iki azərbaycanlı ayaq üstə, qabaqlarındakı stolda da bir neçə kilo xaşxaş, marixuana və s. vəssalam. Iranlı bir qayda olaraq susur, azərbaycanlılar isə, yazıq görkəm alaraq, bu işə maddi problemlərini həll etmək üçün girdiklərini açıqlayırlar. Aparıcı da onların təxminən neçə il iş alacaqlarını söyləyir və məsələ bununla bitir. Bir detalı da xüsusi qeyd etmək istəyirəm ki, onlar bir qayda olaraq iki halda ələ keçirlər. Ya sərhədi keçəndə, ya da keçirdiklərini Azərbaycanda satmaq istərkən yaxalanırlar. Və bir qayda olaraq, malın onlara məxsus olduğunu inkar etmirlər.

…Fəqət Azərbaycanda bir kəsim insan var ki, nə narkotika, nə də silah ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmasa da, bu gün həbsxanalarda çürüyür. Bu, yuxarıda sitat gətirdiyim rus serialındakı zabitin banditə belə rəva görmədiyini sadə, günahsız vətəndaşına rəva görənlərin ucbatından baş verir.

…Səmimi olaraq etiraf edirəm, yazının bundan sonrasını yazmaq mənim üçün doğrudan da çətindir. Ona görə yox ki, kiminsə qəzəbinə gələ bilərəm, xeyr, sadəcə olaraq, bir azərbaycanlı kimi utanc duyuram. Doğma Vətənimdə görün nə qədər insan bu üsulla şərlənib, həbsxanalarda çürüyürlər. Yüzlərlə körpə gözlərini qapıya zilləyib ata yolunu gözləyir, neçə azərbaycanlı xanım bu amansız həyatda ağlasığmaz sınaqlar verir. Nəhayət, neçə ana günahsız yerə həbs edilən övladı üçün əzab çəkir…

Bu üsulla şərlənərək həbsə atılanların böyük bir qismi Azərbaycanda azad seçki, demokratik cəmiyyət uğrunda sivil mübarizə aparan vətəndaşlarımız, başqa dillə desək, fərqli düşüncə sahibləridir. Onlar əsasən 2 üsulla – ya evindən, ya da üzərindən narkotik maddə və bəzən silah “tapmaqla”, ikinci və populyarlıqda heç də geri qalmayan üsul isə el arasında “işverən” kimi tanınanların xidmətindən yararlanmaqla həbs edilirlər.

Televiziyalarda gördüyümüz o ənənəvi görüntülərdən fərqli olaraq, hüquq mühafizə orqanlarından qısa bir açıqlama gəlir “…təqsirləndirilən şəxsin evinə baxış zamanı bir neçə qram narkotik maddə (və yaxud da silah) tapılmışdır”. Çox güman ki, yaxın gələcəkdə bu cür qondarma üsulla həbs edilənlərlə, həqiqətən bu maddə üzrə ittiham edilən narkotacirlər arsındakı balans birincilərin xeyrinə dəyişəcək.

…Son 23 ildə oxşar üsullarla həbs edilən fərqli düşüncə sahiblərinə verilən cəzaları toplasaq, təxminən 450 ilə yaxın bir rəqəm edər. Bu illər ərzində onların ailələrində baş verənləri də nəzərə alsaq, bu, bəşəri və analoqu olmayan bir cinayətdir. Buna etiraz etməyin bədəli də ağırdır – səni onların aqibəti gözləyir. Bəsit bir ittiham və… səni də onların qonşuluğuna köçürürlər.

Yəqin ki, ömrü vəfa etsə Ramil Usubova, eləcə də bu günahsız insanları həbs edən digər hüquq mühafizə generallarına belə bir sual veriləcək: “Əlinizdə bu qədər texniki imkanlar olduğu halda nədən bu insanları narkotik maddə alarkən və yaxud satarkən görüntüləmədiniz, yaxud telefon danışığını qeyd etmədiniz? Nədən xəfiyyələrinizdən biri ya alıcı, ya da satıcı kimi onlarla təmas qurmadı? Hansı xidmətinizə görə general rütbəsi almısınız?” və s.

Belə hallarda adətən alibi kimi rejimi göstərirlər. Lakin Ramil Usubov və komandası onu belə çoxdan arxada qoyub…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button