2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Ramin Hacılı məhkəməsində aclığa başladığını açıqlayıb

“Azərbaycan Avropa Hərəkatı”nın həbsdə olan rəhbəri Ramin Hacılı aclıq aksiyasına başladığını deyir. Bu barədə iyunun 22-də öz məhkəməsində məlumat verən Hacılı bildirib ki, ona əsassız ittihamlar verilməsinə, hüquqlarının pozulmasına etiraz olaraq bu addımı atıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Hüquqlarım bərpa olunana qədər ölüm aclığını davam etdirəcəm”, – o deyib.

Xarici ölkələrə iş, səyahət və daimi yaşayış üçün getmək istəyənlərə səfirliklərdən viza, sonradan həmin ölkələrdə oturum almağa kömək etmək adıyla onların pulunu alıb aldatmaqda suçlanan Hacılının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmaların natamam, qərəzli aparıldığını deyir. Onun sözlərinə görə, bu vəziyyətdə işə məhkəmə baxıb obyektiv, ədalətli qərar çıxara bilməz. Ona görə də işin təkrar istintaqa qaytarılmasını istəyir. Məhkəmədə bu barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Onun daha bir vəsatəti ev dustaqlığına buraxılması olub, amma hakimlər bu məsələdə də ona “yox” deyib. Nəzərinə çatdırılıb ki, onun haqqında dələduzluq ittihamıyla hökm çıxarılıb və onun üzərində həmin hökmlə kəsilmiş 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası qalıb. Ona görə ev dustaqlığına buraxılması mümkün deyil.

Hacılı hakimləri ona qarşı qərəzli yanaşmada, işinə obyektiv baxmamaqda suçlayıb. Onların bu işə baxmasına yazılı şəkildə etiraz verib. Ancaq etirazı baxılmamış saxlanılıb. Bundan sonra o, aclığa başladığını açıqlayıb.

Məhkəmədə şahid kimi dindirilən Azər Əliyev deyir ki, qardaşıyla birlikdə Kanadaya getmək istəyiblər. Hacılı onlara viza və başqa məsələləri həll edəcəyinə söz verib, amma yerinə yetirməyib.

“Ona 2 min dollar bir, 3 min dollar bir, 11 min 250 manat da bir vermişəm. Evimi satmışdım. Məni aldatdı, indi kirayələrdə qalıram. Ona görə ailəm dağıldı. İndi birtəhər ailəmi bərpa eləmişəm. 4-5 ildir məni yola verir, pulumu qaytarmır”, – şahid belə deyib.

Hacılı bu adamların məqsədli şəkildə öyrədilərək məhkəməyə göndərildiyini bildirib.

“Bu cür ədalətsizliklərlə dövləti gözdən salırsız. Mənim hüquqlarım tapdalana bilməz”, – Hacılı məhkəmə zalında saxlandığı şüşə kabinənin içində qışqırmağa başlayıb. O, divara yumruq vurub. Bu zaman hakim Azad Məcidov onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Təqsirləndirilən Hacılının əlləri qandallanıb və o, məhkəmə zalından çıxarılıb.

Hacılı mütəşəkkil dəstə tərkibində dələduzluq, qanunsuz miqrasiyanın təşkili, saxta sənəd hazırlama və ondan istifadə kimi əməllərdə ittiham olunur. Ancaq o, özünü təqsirli bilmir, yalnız saxta sənədlərlə bağlı ittihamı qəbul edir. O bildirib ki, dolanışığını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb arayış versinlər.

Əvvəllər “Dalğa” Gənclər Hərəkatının sədri olan Ramin Hacılı sonradan bir müddət Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub.

O, 2017-ci ildə ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə suçlanaraq cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin hökmüylə ona şərti cəza verilib. 2018-ci ildə sərhədi qanunsuz yolla keçməyə cəhddə suçlanaraq yenidən saxlanılıb. Hacılı bildirmişdi ki, borcları var və xaricə gedib işləyərək borclarını qaytarmaq üçün sərhədi qanunsuz keçməyə çalışıb. Çünki üzərində şərti cəza olduğuna görə qanuni yolla ölkədən çıxa bilmirdi.

24 saat” “
Ramin Hacılı məhkəməsində aclığa başladığını açıqlayıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button