2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ramin Hacılının işi Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Yayımlandı: 7 Yanvar 2023 18:36

Hökmdən sonra məhkəmə iclas protokollarıyla tanış olan MMC rəhbəri orada yazılanlarla razılaşmayıb

“Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı 7 il 7 ay 14 gün azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsində iki ay yarım əvvəl çıxarılmış hökmdən apelyasiya şikayəti verib. Həmin şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Lakin bu məhkəmə Ramin Hacılının işini Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Səbəb isə məhkəmə iclas protokollarıyla bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdən sonra məhkəmə iclas protokollarıyla tanış olan Ramin Hacılı orada yazılanlarla razılaşmayıb. Hesab edib ki, məhkəmə iclaslarında baş verənlər tam şəkildə protokollarda əksini tapmayıb, təhrif olunub. Bu barədə qeydlərini yazıb və Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxmış hakim Azad Məcidova göndərib. Lakin adıçəkilən hakim onun qeydlərilə razılaşmayıb, bununla bağlı qərar qəbul edib.

Bundan sonra Ramin Hacılı saxlandığı Bakı İstintaq Təcridxanasından qeydlərinə əlavə göndərib. Amma həmin vaxt hakim Azad Məcidov artıq qərar qəbul edib, işi apelyasiya məhkəməsinə göndəribmiş. Bu səbəbdən Ramin Hacılının göndərdiyi qeydlərə – əlavələrinə heç bir cavab verilməyib.

Bakı Apelyasiya Məhkəməsində Ramin Hacılının işinə baxılarkən o bildirib ki, protokollarla bağlı qeydlərinə əlavələrə hüquqi qiymət verilməyib.

Bu səbəbdən iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb ki, onun işinə baxmış hakim Azad Məcidov protokollarla bağlı qeydlərə əlavələrə baxıb, cavab versin.

Ramin Hacılı xarici ölkələrə getmək, orada daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslər üçün saxta sənədlər hazırlamaqda, bu məqsədlə onların pulunu alıb aldatmaq və başqa əməllərdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Ona qarşı irəli sürülmüş ittihamlardan yalnız saxta iş yeri arayışları hazırlamaqla bağlı ittihamı qəbul edir. Deyir ki, səfirliklər viza verilməsi üçün iş yeri arayışları tələb edir ki, insanların bir çoxunun da rəsmi iş yeri olmur. Bu səbəbdən tanışlarından onların şirkətlərinin adından həmin şəxslər üçün iş yeri arayışları alıb.

Ramin Hacılı deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button