2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ramiz Göyüşov da Əli Əliyevi məhkəməyə verdi

Partiya sədri: “Təəssüf ki, mənə qarşı bu cür adamlardan istifadə edirlər”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı daha bir məhkəmə prosesi başlayıb. Bu dəfə partiya sədrinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb, ona yenidən həbs cəzası verilməsini tələb edən Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovdur. O iddia edir ki, sosial şəbəkələrdə intim görüntüləri yayılandan sonra Əli Əliyev onun ünvanına təhqir xarakterli fikirlər səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsinə Yasamal Rayon Məhkəməsində baxılır. Mayın 27-də məhkəmənin hazırlıq iclasında partiya sədrinin vəkili Toğrul Babayev vəsatət qaldıraraq, bu iş üzrə məhkəmə baxışına xitam verilməsini istəyib. Vəkil bildirib ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə, Ali Məhkəmənin Plenum qərarına uyğun deyil. Xüsusi ittihamçı Əli Əliyevin onu konkret necə təhqir etdiyini, həmin çıxışın nə vaxt yayımlandığını göstərməyib.

Əli Əliyev özü isə bu iddianın onun həbs müddətini uzatmaq üçün sifarişlə verildiyini bildirib. O vurğulayıb ki, siyasi fəaliyyətinə görə bu yolla cəzalandırılır:

“Amma bu cür cəzalandırmalar məni mübarizəmdən çəkindirməyəcək. Çox təəssüf edirəm ki, mənə qarşı bu cür adamlardan istifadə edirlər. Mən nəyi səhv demişəm onun haqqında? İnsanın əxlaqı, ləyaqəti olar…”.

Məhkəmədə Ramiz Göyüşov özü də iştirak edib.

Hakim vəsatəti təmin etməyib. Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsi icraata götürülüb. Məhkəmə baxışı iyunun 3-nə təyin edilib.

Ramiz Göyüşov partiya sədrinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə cəzalandırılmasını, ona bu maddədə nəzərdə tutulan ən ağır cəzanın verilməsini tələb edir.

Ramiz Göyüşov 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə videosu yayılandan sonra YAP-dan kənarlaşdırılıb.

Əli Əliyev yanvarın 13-dən həbsdədir. O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib. Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub. Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır:

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button