2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Ramiz Mehdiyevin Bakını “udmaq” istəyinin pərdəarxası

Elşad Abdullayevin yayımladığı videolarda adı sabiq YAP-çı deputat Gülər Əhmədova tərəfində rüşvət qalmaqalında hallandıqdan sonra nüfuzunu itirən, bununla da əzəli rəqibi paşayevlərdən zəif duruma düşən Ramiz Mehdiyevin son dönəmlər yenidən güc nümayişi göstərməsi sezilməkdədir.

Doğrudur, bu səpkili cəhdlərinin hamısı demək olar ki, boşa çıxsa da “boz kardinal”lığı kimsəyə devr etmək niyyətində olmayan cənab Mehdiyevin Heydərovla birləşərək paşayevlərə qarşı güclənmək planı faş olduğundan, onun əvvəlki nüfuzunu bərpa edəcəyi inandırıcı görünməsə də, əlində olan resurslardan kifayət qədər ciddi istifadə edərək Rusiya və Qərb arasında dilemma yarada bilməsi əhəmiyyətli fiqur kimi saxlanılmağana yetməkdədir.

Lakin sirr deyil ki, daxili nüfuzu bərpa etmədən söz sahibi kimi uzun müddət tab gətirmək mümkün deyil. Nəzərə alsaq ki, hazırda hakimiyyət daxilində günəşi doğan Samir Şərifov da ciddi fiqur kimi ortya çıxıb, o zaman Mehdiyevin çoxkombinasiyalı gedişlərinin hansı nəticələrlə yekunlaşacağını proqnozlaşdırmaq mümkünsüz görünür.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bunlarla yanaşı son dönəmlər cənab Mehdiyevin Bakı şəhər icra hakimiyyəti postu uğrunda son savaşa çıxdığını açıq-aydın görmək mümkündür. Bu yerdə onu da bildirək ki, Mehdiyevin bu əhəmiyyətli posta namizədi Sumqayıtdan Səbael rayonuna gətirdiyi Eldar Əzizovdur. Ölkənin prestij baxımından ən əhəmiyyətli rayonun birinci şəxsi qismində ortaya çıxardığı Əzizovun Mehdiyevə çox yaxın olan və artıq həyatda olmayan generallardan birinin yaxın qohumudur.

Mehdiyevin son dönəmlər yenidən qazanmağa başladığı nüfuzu və Eldar Əzizovun şəxsi münasibətlərinin Hacıbala Abutalıbovu əvəzləmək üçün yetərli olması faktı Bakı savaşında xüsusi kryoz hadisə baş verməzsə, uğurun çətin olmayacağından xəbər verir.

Nəticə etibari ilə deyə bilərik ki, Mehdiyevin ən incə məqamınadək düşünərək hazırladığı plan reallaşarsa, hakimiyyət daxilində yenidən iki böyük güc mərkəzi yaranacaq. Bunun başqa açıqlaması isə İlham Əliyevin növbətə seçkilərə hakimiyyətdaxili çəkişmələrdən istifadə edərək çox rahat getmək istəyininin nə qədər olmasına bağlana bilər. Hazırki dönəmdə hakimiyyət daxilində Əliyevə rəqib olacaq fiqur aşkar görünməsə də, ölkədə baş verən son iqtisadi geriləmələrin fonunda narahat olmaq üçün kifayət qədər tutarlı səbəb və əsas tapmaq mümkündür. Deməli, Əliyev Bakını Mehdiyevə güzəştə getməklə ola biləcək sürprizi aradan qaldırmağa çalışmaq istəyində ola bilər.

Bu isə onu deməyə imkan verir ki, geridə qoyduğumuz hər gün hakimiyyətin üst eşalonunda daha maraqlı kulislərin yaşanmasına səbəb olur. Yəni isti yayın siyasi baxımdan da çox sıcaq olacağına şübhə yoxdur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button