2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Ramiz Mehdiyev Gəncə Dövlət Universitetini xilasa çağırıldı – Şok ittihamlar

Gəncə Dövlət Universitetində (GDU) sular durulmur. 2013-cü ildən başı bəlalı olan bu ali məktəb intriqalar ocağı, kompromat savaşlarının meydanı, korrupsiya yuvası, rəhbər şəxslərin ədavət poliqonuna çevrilib.

Bu barədə 24saat.org-a məlumat verən bir qrup GDU müəllimi Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Onların sözlərinə görə, təhsil naziri Mikayıl Cabbarovun bu təhsil ocağını xilas etməyə siyasi iradəsi çatmır.

Müəllimlərin fikrincə, yalnız PA rəhbərinin təxirəsalınmaz müdaxiləsi nəticəsində GDU-dakı xoşagəlməz hallar aradan qaldırıla bilər.

Saytların yığılması Saytlarin yigilmasi

“Yadigar Əliyevin devrilərək rektorluq taxtından salınması bir çevriliş idi. Bu əməliyyatda o zaman prorektor olan Yusif Yusifov, kafedra müdiri Asəf Cavadov xüsusi aparıcı fiqurlar olub. Bu komanda Yusifovun rektor təyinatına nail olduqdan sonra universiteti köhnə axarına qaytardılar. Yenə xaos, rüşvət yığımı, kəsirlər, qayıblar…Hər şey pulla həll edilməyə başladı.

Bu qruplaşmanı himayə edənlərdən biri təhsil nazirinin müavini Ceyhun Bayramovdur. Rektor Yusif Yusibov da məhz onun kadrıdır.

Belə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsdir.

Ceyhun Bayramovun qardaşı Azər Bayramov da Maliyyə Nazirliyində müavin vəzifəsində çalışır”,-deyə müəllimlərin 24saat.org-a ünvanladığı anonim məktubda qeyd olunub.

R.Mehdiyevin təcili şəkildə GDU-da nizam-intizam yaratmasını, rəhbər heyətdə dəyişiklikləri etməsini labüd hesab edən müəllimlər bu şəkildə işləməyin mümkün olmadığını vurğulayıblar.

GDU-ya gəldikdə isə, hazırda imtahan “bazarlığı”nın ən qızğın çağıdır.Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 300-350 manat civarında müəyyənləşdirilib.

Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3″ də vermirlər.

Özbaşınalıq, rüşvətxorluq, müxtəlif maxinasiyaların baş alıb getdiyi universitetdə bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir, dekan(20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb. Yazıda adı keçən tərəflərin açıqlamasını işıqlandırmağa hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button