2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq iddia

Prezident Administirasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eyni zamanda sabiq deputat olan İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.

Üzüm emalı ilə məşğul olan “Dostluq MK” şirkətinin rəhbəri, iş adamı Mənsur İbrahimov onu məhkəməyə verib. O iddiasında qeyd edib ki, şirkəti 2011-ci ildə təsis edib. 2019-cu ildə İlham Əliyevlə Xaçmaz rayonu 1 saylı notariat ofisində müqavilə bağlayaraq şirkətdəki payını 3 milyon manata satmağa razılıq verib. İ.Əliyev ilkin olaraq 5600 manat ödəniş edərək qalan pulu ödəyəcəyinə vəd verib. Bir müddət sonra M.İbrahimov İ.Əliyevin vədini yerinə yetirmədiyini görüb Şabran Rayon Məhkəməsinə müraciət edib. Müqavilənin etibarsız hesab edilməsini istəyib.

Daha sonra iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə yönləndirilib. İddia hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə araşdırması davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, İ.Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi. Daha sonra uzun müddət mediada görünməyən İ.Əliyev bu ilin aprelində Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edərkən görülmüşdü. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.

24 saat” “Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq iddia” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button