Loading...
Loading...
ManşetSEÇMƏXəbərlər

Ramiz Mehdiyevin qohumu Ülvi Həsənliyə görə “vurulub”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev işdən çıxarılıb.

24saat.org-a daxil olan məlumata görə, Fikrət Əliyevin işdən çıxarılması bir neçə həftə əvvələ təsadüf edir. Bu barədə rəsmi məlumat verilməməsinin isə səbəbi var. Bildirilir ki, Fikrət Əliyevin işdən çıxarılması NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü? abzas.net xəbər saytının rəhbəri Ülvi Həsənli ilə bağlıdır.

Qeyd edək ki, Ülvi Həsənlinin səhhətində problem olduğu üçün ona möhlət hüququ verilsə də, ötən ay zorla hərbi xidmətə göndərilib.

Bundan 3 gün sonra Fikrət Əliyev işdən çıxarılıb. O, səhhətində həqiqətən də problem olan gəncə möhlət hüququ verdiyi üçün qəzəbə gəlib.

Xatırladaq ki, Fikrət Əliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kürəkəni olan deputat İlham Əliyevin qardaşıdır.

Bəzi ehtimallara görə, Fikrət Əliyevin işdən azad edilməsi iqtidardaxili ziddiyyətlərlə də bağlı ola bilər.

24saat.org

Gözdən qaçırmayın:  Rus ordusu bu gündədir - partlamış tankar, yanmış paltarlar və... - VİDEO + FOTOLAR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button