Loading...
Loading...
Gündəm

Ramiz Mehdiyevlə Dilçilik İnstitutu arasında “hörümçək” davası

İdris Abbasov: “”hörümçək” sözünə dəyirmi masa həsr edir, iclasın gündəliyinə salır”

Ramiz Mehdiyev akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib. Gözlənilən idi, çünki əvvəllər də öz kurasiyasında saxladığı akademiyanın vəziyyəti ürəkaçan deyildi. Akademiyada elmi titulların vəzifələrin dostbazlıq, tanışlıq, qohumbazlıq, yerlibazlıq digər zərərli prinsiplər sövdələşmələr əsasında həyata keçirildiyi heç kəsə sirr deyil”.
 
Bunu Modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycan elminin baş bəlasına çevirilib: “Onun əlindən dövlətdən narazı qüvvəyə çevrilərək baş götürüb gedənlərin getmək istəyənlərin sayı az deyil. O, əsl elm adamlarını cana-boğaza yığıb, ona “ləbbeyk” deməyənlərin ümid çırağını söndürüb. Elmlər Akademiyasındakı hədsiz maliyyə pozuntuları, özbaşınalıq baş alıb gedir, vəziyyət gündən-günə kritikləşir. Bu gün Ramiz Mehdiyevin “işləməsi” zərərlidir. O, akademiyada şəffaflıq yaratmaq istiqamətində heç bir təşəbbüs göstərmək iqtidarında deyil. Onun fəaliyyəti elmə alimə həqarətdir. Silahdaşı İsa Həbibbəyli bir qrup digər akademşəbəkə fəalları da ciddi elmlə məşğul olan adamlara nifrət edir. Bunun şəxsən şahidi olmuşam”. 

İ.Abbasov qeyd edib ki, Ramiz Mehdiyev dövlət əmlakının dağıdılması, dövlət vəsaiti hesabına çap olunan saxta əsərlər haqqında faktlara heç bir reaksiya vermədiyi halda, “hörümçək”lə əlləşir: “Halbuki adam bağ-bağatında rəngarəng kəpənəklər, təzə-tər çiçəklərlə mənalı vaxt keçirə bilərdi. Bu, həm elmimiz, həm də dövlətçiliyimiz üçün daha faydalı olardı. Təsəvvür edin, institutlarda dövlətin milyonları mənimsənilir, plagiatizmə abidə qoyulur, dövlət maraqları ayaqlar altına salınıb tapdanır, gənclər baş alıb ölkədən gedir, dövlətə ölkə başçısına qarşı süni narazılıqlar yaradılır, qanunsuzluq meydan sulayır, fəqət Ramiz Mehdiyevdən səs çıxmır, reaksiya gəlmir. Di gəl ki, orfoqrafiya lüğətində “hörümçək” sözünün mexaniki səhv kimi düşməsini iclasın gündəliyinə salır.

Yaxud dövlətin akademiyaya ayırdığı milyonlarla, yüz minlərlə vəsait göyə sovrulur, plagiat saxta əsərlərin çap edilib gözə kül üfürülməsi stimullaşdırırlır, akademşəbəkənin sadiq üzvləri mükafatlandırılır, qanunsuzluq adi hal alır, dövlət maraqları şəbəkə qrup maraqlarına qurban verilir. Akademiya rəhbəri bütün institutlardakı qanunsuzluqlar haqqında məlumatlı olub susduğu halda, yeni çıxmış orfoqrafiyadakı “hörümçəyə” dəyirmi masa həsr edir, bunu az qala qlobal fəlakət kimi nümayiş etdirir. Lüzumsuz məsələni iclasın gündəliyinə salıb elmin bəbəyinə çöp soxur. 

Akademik deyir ki, orfoqrafiya lüğətinin nəşrinə məsul şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi onu qane etmir: “Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti “taleyüklü” problemin üzərinə gedir”.

Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

Professor İdris Abbasov bildirib ki, akademik seçdirib vəzifələndirdiyi müşavir etdiyi, şəbəkə maraqlarına sədaqəti ilə digərlərindən fərqlənməyən Möhsün Nağısoylu baş akademikin bir növ  “üzünə ağ olur”: “O deyir ki, “hörümçək” sözünün lüğətdən çıxarılmasının səbəbini Ramiz Mehdiyevə izah etməyə hazırdır: “Əlimdə bir neçə mühüm əsas var” deyən Nağısoylu akademşəbəkənin ömür boyu belə mənasız işlərlə məşğul olub dövlətin milyonlarını havaya sovurduqlarını bir daha təsdiq edir. 

Baş akademik ziddiyyətli açıqlamalar verir. Onun sözü ilə əməli düz gəlmir:  “Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən (Yaqub Mahmudovdan – İ.A.) miras qalmış mənasız intriqaların nəticəsidir” – söyləyən R.Mehdiyev, onun təbirincə desək,  həmin “qeyri-sağlam iş mühiti”nin müəllifini “intriqant”ı özünə müşavir təyin edir. Pislədiyi Yaqub Mahmudov indi də onun müşaviridir”.

İ.Abbasov Ramiz Mehdiyevin Tarix İnstitutunun direktorunu qətiyyətsizlikdə iradəsizlikdə ittiham etdiyini bildirib: “Mənəvi-psixoloji təzyiqə haqsızlığa dözməyən institut direktoru Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumdan istefa vermək qərarına gəlir. Bu arada AMEA-nın vitse-prezidenti, direktor, deputat, akademik s. kimi dürlü-dürlü vəzifələrin belindən düşmək bilməyən İsa Həbibbəylinin “ağsaqqallıq” etməsi üçün əlverişli şərait yaranır.

Böyük coşqu intəhasız həvəslə prosesə qoşulan “sülh göyərçini” İsa Həbibbəyli bismillahını sosial şəbəkələri xəbər saytlarını suçlamaqla başlayır. Nə etsin? Adam həqiqətə “yalan” deməyə vərdiş edib. Dərhal “ağsaqqallaşıb müdrikləşən” İsa Həbibbəyli konkret sabah Tarix İnstitutunun direktoru Kərim Şükürovla görüşüb məsələyə aydınlıq gətirəcəyini bildirir deyir: “Məsələlər bu şəkildə davam edə bilməz”. Bəli, məsələlər məhz İsa Həbibbəylinin istədiyi şəkildə davam etməlidir! (Buyuruq sizinkidir, adil hökmdar, Sizdə ədalət də, fəzilət də var!”)”.

Alim vurğulayıb ki, artıq Elmlər Akademiyası Mehdiyevlə vidalaşmaq haqqında düşünməlidir: “Əks təqdirdə, bunun ağır fəsadları olacaq. Ciddi islahatlar getməli, akademiyanı cənginə almış özbaşınalığa, məsuliyyətsizliyə, “pokazuxalığa” son qoyulmalı, elm adına mənimsənilən yüz minlərin, milyonların, yeyilən 10 milyonlarla qrantların, zərərli fəaliyyət ya fəaliyyətsizlik nəticəsində dövlətin elm potensialına vurulan ziyanın həcmi müəyyən edilməlidir. Riyakar məddahların, yaltaq alçaqların, xüsusən, xəyanətkarların statistikası aparılmalıdır. Nəhayət, rüşvətə, alıb-aldatmağa, fırıldağa, dövlət əmlakını mənimsəməyə son qoyulmalı, talançı alim-akademik şəbəkəsinin üzvlərindən, heç olmasa, bir neçəsi cəzalandırılmalıdır”.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun