Now Reading:
Ramiz Zeynalov təqaüdə göndərilir

Baş Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun təqaüdə göndərilməsi gözlənilir.

24saat.org xəbər verir ki,  bu məlumat Ramiz Zeynalovun qardaşı, Tovuzun icra başçısı Tofiq Zeynalovun qəfil işdən çıxarılmasından sonra yayılıb.

Yada salaq ki, 11 il Tovuzun icra başçısı vəzifəsində çalışan Tofiq Zeynalov bir neçə gün əvvəl işdən çıxarılıb. O, mediaya açıqlamasında işdən çıxarılmasının onun üçün gözlənilməz olduğunu təsdqiləyib. “Nahara getmişdim, qayıdanda dedilər ki, vəzifədən azad edilmisən”, – deyə keçmiş icra başçısı bildirib.

Azərbaycan hakimiyyətinin təcrübəsinə istinad etsək görərik ki, qəfil işdən çıxarmalar “vurulma” xarakteri daşıyır.

Ona görə də müşahidəçilər hesab edir ki, artıq Zeynalovların dönəmi başa çatıb və mümkündür ki, Ramiz Zeynalov da vəzifəsini itirsin.

Qeyd edək ki, Ramiz Zeybnalov 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. 30 iyun 2003-cü il tarixli Fərmanı ilə “polis general-mayoru” rütbəsi alıb.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.