SEÇMƏ

Ramzan Kadırov Ukraynada axtarışa verilib

Yayımlandı: 17 Noyabr 2022 14:17

“Kavkazski uzel”in materialı

Çeçenistan rəhbəri Ramzan Kadırov ibtidai istintaqdan gizlənən şəxs kimi UkraynaTəhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib.

“Kavkazski uzel” yazır ki, Ukrayna Təhlükəsizlik Xidməti Ramzan Kadırovu Ukraynada hərbi əməliyyata hazırlaşmaqda və iştirak etməkdə, habelə Ukraynanın sərhədlərini dəyişmək niyyətində şübhəli bilir.

Çeçenistan rəhbəri ittihamlardan boyun qaçırmır və dindirilmək üçün hara gedəcəyini xəbər alıb.

Ukrayna departamentinin saytında Ramzan Kadırov “ibtidai istintaq orqanlarından gizlənən şəxs” kimi göstərilib və onun fotosu dərc edilib. Ukrayna Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Ramzan Kadırov “aqressiv hərbi əməliyyatlar aparmaq”da ittiham olunur. Ukrayna Cinayət Məcəlləsi bu cür hərəkətlərə görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hərbi əməliyyat başlamazdan əvvəl və ondan sonra Çeçenistan rəhbəri dəfələrlə “Ukraynanın ilhaqına” ehtiyac və hazır olduğunu bəyan edib.

“Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim: ya Ukraynanı Çeçenistan Respublikasına birləşdirərdim, ya da çoxdan götürərdim, məsələni həll edərdim. (…) Əminəm ki, əgər cənab Zelenski və komandası bu cür davranarsa, o zaman Ukrayna bizim ölkəyə birləşdirilməlidir”, – o, 2021-ci ilin dekabrında keçirdiyi mətbuat konfransında deyib.

Rusiya ordusu Ukraynada ləng və səmərəsiz işləyir”, – deyən Ramzan Kadırov Putinə Ali baş komandan kimi Ukrayna yaşayış məntəqələrinə “həlledici hücum” əmrini verməyi tövsiyə edib.

Ramzan Kadırov mütəmadi olaraq Ukraynaya, o cümlədən Rusiyanın digər regionlarından könüllülər qrupları göndərilməsi barədə məlumat verir.

Sentyabrın 7-də Kadırov bildirib ki, Qroznıdan iki “elit xüsusi bölmə”nin döyüşçüləri Ukraynaya yola düşüb: Milli Qvardiyanın tərkibində olan Kadırov Şimal alayı və Cənub batalyonu.

Daha sonra Ramzan Kadırov “Telegram”dakı mesajını redaktə edərək, Ukraynaya Axmat-Qroznı OMON və “neft-qazpolis alayının çeçen döyüşçülərinin də göndərildiyini bildirib. Noyabrın 15-də Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri Ukraynada 20 mindən çox çeçen döyüşçüsü yola düşüb, 9 min nəfər isə hazırda da oradadır.

Meydan TV

Gözdən qaçırmayın:  Paşinyan: “Detallı sülh sazişi bizə çətinliklər yarada bilər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button