2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rasim Məmmədov Əvəz Zeynallının şantajda ittiham etdi

Hazırda həbsdə olan və məhkəməsi davam edən iş adamı Rasim Məmmədov “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının onu və ailəsini şantaj etdiyini açıqlayıb.

Rasim Məmmədov Əvəz Zeynallının neçə illər ərzində onu və ailəsini dəfələrlə hədələdiyini, şantaj etdiyini deyib: “Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. Əvəz Zeynallı Loğman Zülfüqarlıdan (“Baku Steel Company” şirkətinin əvvəlki sahiblərindən-red.) pul alıb, mənə qarşı yalan-böhtanla məşğul olub. Həbsdə olan vaxt Türkiyə xüsusi xidmət orqanlarına məlumat verib ki, guya Loğman Zülfüqarlının oğurlanmasına mən göstəriş vermişəm. İndi şükür Allaha, Əvəz gəlib oturub qonşuluqda, ağlı başına gələr. Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu deyib: “İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.

Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub. (APA)

24 saat” “Rasim Məmmədov Əvəz Zeynallının şantajda ittiham etdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button