SEÇMƏ

Rasim Musabəyov Rusiya hərbçilərinin cəlb edilməsilə İran-Qarabağ-Rusiya narkotrafikinin mümkünlüyü barədə

Loading...

Bakı/24.09.21 Son həftə Gorus-Laçın yolunda İran yük maşınlarının yoxlanması və Qarabağa qanunsuz gedən iki sürücünün həbsindən qaynaqlanaraq Azərbaycan-İran münasibətlərində gərginlik müşahidə olunur.

Milli Məclisin deputatı Rasim Musabəyov Turan-a müsahibəsində deyib ki, İran yük maşınlarının inadla Qarabağa daxil olmaq cəhdləri təkcə qazanc əldə etmək istəyilə izah edilə bilməz. Bir neçə yüz min, hətta bir neçə milyon dollara görə Azərbaycan-İran münasibətlərində lazımsız gərginlik yaratmağa dəyərmi?

“Amma söhbət narkotrafikdən gedirsə, hər şey öz yerini alır. Məlumdur ki, əsrin dörddəbirindən çoxdur ki, Qarabağ ərazisindən narkotik maddələrin qanunsuz dövriyyəsi üçün istifadə olunub. 44 günlük müharibədən sonra Bakı Azərbaycan-İran sərhəddi boyunca nəzarəti tam bərpa edib. Ona görə də İrandan əvvəlki narkotrafik marşrutları kəsilib.

“Təkcə bu il silahlı müqavimət göstərməklə narkokuryerlərin Azərbaycana daxil olması ilə bağlı çoxlu cəhdlər qeydə alınıb. Onlardan müsadirə edilən heroin və sintetik narkotiklərin həcmi tonlarla ölçülür. Bu isə artıq onlarla, bəlkə də yüz milyonlarla dollar itkidir”, – Musabəyov deyib.

İstisna deyil ki, narkokuryerlər yeni narkotrafik marşrutları axtarırlar və onlar bu cinayət fəaliyyətinə Rusiya sülhməramlılarını  cəlb etməyə çalışırlar və ya artıq cəlb ediblər.

Əfqanıstanda müharibə illərində rus zabitlər bu ölkədən  SSRİ-yə qanunsuz olaraq narkotik maddə gətirirdilər. Mərkəzi Asiyada Rusiya Federasiyasının hərbi qulluqçuları eyni işlə məşğul olublar.

Bu gün Rusiyadan Qarabağa avtomobillərdə sülhməramlılar üçün gələn yüklərin təxminən 80 faizi Gəncədən keçir və Azərbaycan gömrükçüləri tərəfindən yoxlanılmır.

Əks istiqamətdə də yüklər yoxlanılmır.

“Əgər məlum olsa ki, bu yaxınlarda saxlanılan iranlı sürücülər əvvəllər Azərbaycanda narkotrafikə görə cəlb olunublar, bu, artıq versiya yox, təsdiqlənmiş fakt olacaq. Buna görə də Laçın dəhlizinin girişində Azərbaycanın sərhəd və gömrük nəzarətinin nəzarəti tətbiq etməsi qanunsuz keçmələrin qarşısının alınması üçün vacibdir”,   -Musabəyov hesab edir. -0-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button