2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

RATİ Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ölkədə ifadə azadlığına növbəti hücum dalğasına görə Azərbaycan hakimiyyətini pisləyib.
RATİ bəyanatında bu təzyiqin ortaya çıxmasına nümunə kimi müstəqil internet televiziyasının rəhbərinin həbsini, inzibati qaydada həbs olunmuş jurnalist Nicat Əmiraslanova qarşı amansız işgəncələri, diffamasiya sahəsində qanunvericiliyin gücləndirilməsini və nəhayət, jurnalist Əfqan Muxtarlının Gürcüstandan transsərhəd oğurlanmasını göstərib.
Əsassız polisə tabe olmama ittihamı ilə bir aydır inzibati həbs cəzası çəkən Kanal-13-ün rəhbəri Əziz Orucov ötən həftənin sonunda yeni saxtalaşdırılmış qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət ittihamları ilə qarşılaşıb.
Orucova qarşı ittihamlar Azərbaycan Baş Prokurorluğunun 2014-cü ilin aprelində açdığı vahid cinayət işi çərçivəsində irəli sürülüb, nəticədə Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və Xədicə İsmayılova kimi hüquq müdafiəçiləri və jurnalistlər həbs və mühakimə ediliblər və demək olar, bütün müstəqil KİV-lər iflic vəziyyətinə düşüb.
Məşhur hüquq müdafiəçilərini həbsxanadan azad edən hakimiyyət beynəlxalq ictimaiyyəti vətəndaş cəmiyyəti institutlarına təqiblərə son qoyulduğuna inandırıblar. Amma bu iş üzrə daha bir məşhur vətəndaş cəmiyyəti nümayəndəsinin saxlanılması göstərir ki, hakimiyyət vətəndaş cəmiyyətinin təqibini davam etdirir.
İnzibati qaydada həbs edilmiş digər. jurnalist Nicat Əmiraslanov işgəncələr altında apellyasiya şikayətindən imtina etmək məcburiyyətindədir qalıb. Məhkəmə zalında jurnalistə baş çəkən həmkarları və vəkil onun ön dişlərinin çıxarıldığını görüblər. Qorxmuş jurnalist dişlərinin “töküldüyünü” deyib.
Bundan başqa, ötən həftənin sonlarında hakimiyyət prezidentin şərəf və ləyaqətinin təhqir edilməsinə görə diffamasiya maddəsi üzrə cəzanı sərtləşdirib, həbs müddətini 5 ilə çıxarıb, pul cərimələrini də xeyli artırıb.
Jurnalist Əfqan Muxtarlının Gürcüstandan qanunsuz oğurlanması və Azərbaycan baş prokuroru tərəfindən yeni hədələr göstərir ki, Azərbaycan hakimiyyəti tənqidçilərinə qarşı repressiyalar nöqteyi-nəzərdən Azərbaycanın hüdudlarından kənara çıxıb.
Kritik vəziyyəti nəzərə alan RATİ Avropa İttifaqını və ABŞ-ı Azərbaycan hakimiyyəti ilə bütün əməkdaşlıq proqramlarını dayandırmağa və bu vəsaiti tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan müstəqil vətəndaş cəmiyyəti institutlarının ayaqda qala bilməsinə yönləndirməyə çağırır(“Turan”).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button