24saat.org Rayon avtobuslarında qiymətlər artırılır - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Rayon avtobuslarında qiymətlər artırılır

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq.

Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

24saat.org xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova AzVision.az-a açıqlamasında  yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablandığını açıqlayıb.

“Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,70 qəpiyə gedilirdisə, hazırki tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqamətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.