2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Razi Nurullayev ona biçilən aşağılayıcı nəticəyə boyun əydi

O, yenidən YAP dəhlizlərində çalınan müsiqiyə qol qaldıracaq

AXCP sədrnin sabiq müavini Razi Nurullayev seçkidə ən az səs toplayan namizəd kimi uğursuluq yaşadıqdan sonra sosial şəbəkələrdən qeyb olsa da, yenidən Facebook-da aktivləşib. 24saat.org xəbər verir ki, müavini Mehriban Sadıqovanın öz saytlarına verdiyi “Sədr müavinindən ənənəvi müxalifətə çağırış: Siyasi səhnədən getməyin vaxtı çatıb” başlıqlı açıqlamasını paylaşan Razi Nurullayev belə bir şərh yazaraq “ənənəvi müxalifətin içərisindəki eybəcərliklərin parçalanma üçün zəmin yaratdığını” qeyd edib.

Bir həftə əvvəl seçkidə biabırçı uğursuzluq yaşayan Razi Nurullayev görünür, 2013-cü ildə təmsil olunduğu düşərgənin seçkidə topladığı səsləri unudub.
Çünki siyasi səhnədən getmələrini tələb etdiyi “ənənəvi müxalifət”in ötən seçkidə topladıqları səs bir yana, sadəcə MSK-nın “ənənəvi müxalifətə” yazdığı səs faizi ona yazılan səsdən 7 dəfə çoxdur.

Yada salaq ki, 2013-cü ildə Cəmil Həsənlinin namizədliyi ilə seçkiyə gedən “ənənəvi müxalifət”ə MSK tərəfindən 5.53 faiz səs yazılıb.
Bu isə “ənənəvi müxalifəin siyasi səhnədən getməli olduğunu” deyən namizədlər – Razi Nurullayev, Hafiz Hacıyev, Araz Əlizadə və Fərəc Quliyevin birlikdə topladığı səs faizindən daha çoxdur. Yəni, Hafiz Hacıyev (1.52 faiz), Araz Əlizadə (1.38), Razi Nurullayev(0.74) və Fərəc Quliyev (1.17 faiz) birlikdə Cəmil Həsənliyə yazılmağa məcbur olunan səs qədər nəticə toplaya bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əgər MSK-nın yazdığı rəsmi səs faizlərində belə “ənənəvi müxalifət” onların getmələrini tələb edənlərdən çox səs toplayırsa, o zaman getməli olan kimdir? Belə çıxır ki, siyasi səhnədən getməsi lazım olan qüvvə müxalifət adı altında seçkiyə qatılaraq İlham Əliyevə səs istəyən və özləri namizəd olduqları halda, hazırki prezidentə səs verənlərdir.

Belə olan halda Razi Nurullayevin rüsvayçı məğlubiyyətdən sonra yenidən “ənənəvi müxalifət getməlidir” kimi saraylarda hazırlanıb servis edilən şüarları tirajlaması deməyə əsas verir ki, sabiq AXCP sədrinin müavini ona biçilən aşağılayıcı nəticəyə boyun əyib və yenidən YAP dəhlizlərində çalınan müsiqiyə qol qaldıracaq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button