2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Razi Nurullayev üçün qurulan təşkilatdan daha bir istefa

24saat.org saytı xəbər verir ki, hakimiyyətin AXCP-ni parçalamaq üçün yaratdığı təşkilatdan daha bir istefa xəbəri gəlib. Rahib Hacıyev adlı şəxs də təşkilatın sıralarını tərk edib.

R.Hacıyev təşkilatdan ayrılma səbəbi kimi Razi Nurullayevin qeyri-demokratik, və əxlaqa-zidd əməllərini göstərib.

24saat.org saytı olaraq Hacıyevin facebook profilindən paylaşdığı istefa bəyanatını bəzi korrektələrlə təqdim edirik:

Saytların yığılması Saytlarin yigilmasi

Bəzi verilən vədlər qarşılığında üzvü oldum, Razi Nurullayevin yaratdığı qrumda anti-demokratik vəziyyət məni çox narahat edirdi. Razi Nurullayev verdiyi vədlərə əməl etmədiyindən və siyasi baxışlarına görə partiyayla uzlaşmayıb ayrılan üzvlərin sədrin göstərişi ilə hamının dostluğundan çıxardıb blok etməsi əmri, üzvlərin şəxsi həyatına müdaxilə və təsir, saxta profillərlə ayrılıb getmiş üzvləri tənqid və təhqir etmək və sair məsələlər məni də bu təşkilatı buraxmağa vadar etdi. Dəfələrlə belə murdar hərəkətlərə etirazımı bildirib səsimi qaldırdım. Amma etirazım rəhbərlik tərəfindən narazıçılıqla qarşılanırdı. Belə nəlaiq hərəkətləri görüb, söz və vədlər verib üzərində durmamaqları və sair məsələlər bir daha məni düşündürdü və mən də oradakı qeyri-ciddi addımları görüb öz şəxsiyyətimə, xarakterimə sığışdırmayıb Razi Nurullayevin təşkilatındakı  fəaliyyətimə xitam verdim.

Onu da əlavə edim ki, həmin qrumda hələdə bəzi səbəblər üzündən düşüncəli və əqidəli dostlar qalmaqdadır.

24saat.org

razi

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button