2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Razi Nurullayev yenə özünü biabır etdi – VİDEO+FOTOFAKT

Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının (YAXCP) sədri Razi Nurullayev Avropada keçirilən konfransa buraxılmayıb.

24saat.org xəbər verir ki, Razi Nurullayev noyabrın 9-da Facebook profilində məlumat paylaşaraq Avstriyanın paytaxtında konfransda iştirak etdiyi barədə məlumat verib. Ancaq paylaşdığı fotolarda salonun boş olduğu görülməkdədir.

YAXCP sədri bunu belə izah edib ki, konfransın qaydalarına görə, şəkil və video paylaşmaq olmaz: “Vyana, konfrans. Vaxt olan kimi ətraflı yazacam. Bu gün Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərimi tribunadan çatdırdım. Çıxışımı hazırlamaq üçün çox ciddi hazırlamışdım. Konfrans Chatham House qaydalarına uyğun keçirildiyinə görə real konfransdan şəkil və video çəkmək olmaz. Biz də qaydalara tabe olaraq konfransdan öncə şəkillər çəkdirdik”.

24saat.org-a daxil olan məumata görə, Razi Nurullayev konfransda iştirak etmək üçün getsə də, tədbirə buraxılmayıb. Ona görə də, bunu ört-basdər etmək üçün boş salondan foto paylaşaraq, “tədbirin qaydası” kimi təqdim edib. 3 gün əvvəl yazdığı statusunda “vaxt olan kimi ətraflı yazacam” deyə vəd versə də, 3 gündür tədbir haqqında məlumat paylaşmağa “vaxt tapa bilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Halbuki bir gün əvvəl Vyanada “Café Mozart”da “check in” edən R.Nurulayev kofe içdiyi yerdə foto paylaşıb.

Ancaq Razi Nurullayevin ictimaiyyətə yalan məlumat verməsini sübut edən daha bir materialı isə elə  onun nəzarətində olan Cümhuriyyət TV-nin Youtube kanalı yayıb. “Videosüjet”in mətn hissəsində “Razi Nurullayev Avstriyanın paytaxtı Vyanada beynəlxalq konfransda Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxış edib, Azərbaycanın haqlı mövqeyini müxtəlif ölkələrdən olan iştirakçıların diqqətinə çatdırıb…” qeyd edilsə də, süjetdə sinxron olaraq Razi Nurullayevin Beynəlxalq Mətbuat Mərkəzində (BMM) çıxışı verilib.

Maraqlıdır, 11 noyabr tarixində Vyanada “Café Mozart”da kofe içərək “check in” edən R.Nurullayev eyni vaxtda necə BMM-də Cümhuriyyət TV-yə müsahibə verdi? Bəlkə Əli Həsənov Razi Nurullayev üçün Vyanada BMM açıb, xəbərimiz yoxdur?

Buradan da aydın olur ki, Razi Nurullayev Vayanada ümumiyyətlə tədbirə qatılmayıb və çıxış etməyib. Onun “uğurlu çıxışı” kimi ictimaiyyətə təqdim edilən isə nə vaxtsa, BMM-də etdiyi çıxışdır.

31

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button