Razi Nurullayevin son müşavirəsindən düşündürücü GÖRÜNTÜLƏR
24saat.org saytı AXCP-dən istefa verərək hakimiyyətin dəstəyi ilə partiyanın adına qarşı uğursuz sabotaj təşkil edən Razi Nurullayevin təşkil etdiyi son müşavirədən özəl fotolar əldə edib. Yayınladığımız fotolardan da göründüyü kimi, hakimiyyətin səxavətlə pul xərclədiyi anti-AXCP layihəsi fiaskoya uğrayıb.
Daha əvvəl Nurullayevin rəhbərlik etməyə çalışdığı təşkilatda dava-dalaş, istefalar barədə mətbuatda müntəzəm məlumatlar yer alsa da, hakimiyyətin təbliğat ruporlarının yardımı ilə sözügedən “təşkilatın” saxta görüntüsü formalaşdırılırdı. Təqdim etdiyimiz foto isə sözün həqiqi mənasında vəziyyətin nə qədər gülünc olduğunu ortaya qoyur.
Xatırladaq ki, yayımladığımız fotoda Nurullayevin “təşkilatı” tam tərkiblə, yəni rayon təşkilatlarının sədrləri və məclis üzvlərinin iştirakı ilə müşavirə keçirir…