Now Reading:
Razılaşdırılmamış aksiyalarla bağlı nazir müavininden AÇIQLAMA

“Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O. Zalov bildirib ki, seçki günü seçicilərin iradəsini azad ifadə etmələri üçün DİN Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib: “Həmin Tədbirlər Planına əsasən asayişin təmini üçün hazırlıqlara başlanıb. Seçki ilə bağlı səsvermə hüququna malik vətəndaşlar müəyyənləşdiriləcək, şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Bu gün insanların böyük əksəriyyəti böyük şəhərlərə miqrasiya edir, burada yaşayırlar. Maarifləndirmə işi elə aparılmalıdır ki, yaşadığı yer, yaxud qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınsın. Bu işlər qısa müddətdə başa çatacaq. Yığıncaq və toplantılar keçirilən yerlərdə ictimai təhlükəsizlik təmin olunacaq. Səsvermə və səsvermədən sonra razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq. Seçki bülletenləri məntəqələrə gətirilən zaman polis tərəfindən məntəqələr ciddi nəzarətə götürüləcək. Bülletenlərin DSK-lara və MSK-ya gətirilməsi zamanı da mühafizə təmin olunacaq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.