2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

REAL bəyanat yaydı: “İlham Əliyev diktaturası saxta və Azərbaycan xalqı üçün təhqiredici məhkəmə oyununu davam etdirdi”

İlham Əliyev diktaturası saxta və Azərbaycan xalqı üçün təhqiredici məhkəmə oyununu davam etdirdi və İlqar Məmmədov azadlığa buraxılmadı.

Günah bu rejimlə yanaşı, bu diktaturanın Azərbaycanda bərqərar olmasının, sivil, sekulyar demokratik hərəkatın məhv edilməsinin birbaşa iştirakçısı olmuş, bu rejimi hər vasitə ilə qoruyan, bağlı qapı arxasında oyunlarda iştirak edən Qərb çevrələrindədir.

Azərbaycanda məhz Qərb institutlarının çətiri altında demokratiyaya, azad sözə, vətəndaş cəmiyyətinə, siyasi opponentlərə qarşı həyata keçirilən repressiyalar zamanı bu diktatura rejiminin başında duranlarla yanaşı, repressiyalarda iştirak edənlərə qarşı artıq çoxdan ən sərt sanksiyalar tətbiq etməli idi.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Qərb bütün çağırışlara göz yumaraq, bəyan etdiyi dəyərlərinə xəyanət edərək əksinə Əliyev diktaturasının möhkəmləndirilməsi, rejimin simasının ağardılması üçün əlindən gələni əsirgəmədi.

Yaranmış şəraitdə REAL həm Bakıda, həm də xaricdə siyasi məhbuslara azadlıq və rejimə qarşı sanksiyalar tələbi ilə dinc etiraz aksiyalarının keçirilməsini gündəmə gətirir. REAL bütün təəssübkeşlərinin, Azərbaycanda azad və ədalətli cəmiyyət arzusunda olanların, dəyərləri gözardı etməyən beynəlxalq təşkilatların bu prosesdə fəal iştirakına, dəstəyinə ümid edir.
cumhuriyyet.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button