2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

REAL Hərəkatı siyasi partiyaya çevrilir

Oktyabrın 29-da təşkilatın təsis qurultayı keçiriləcək

“Respublika alternativi” Hərəkatı (REAL) siyasi partiyaya çevrilmək barədə qərar qəbul edib və oktyabrın 29-na təşkilatın təsis qurultayını təyin edib. Bu barədə REAL-ın icraçı direktoru Natiq Cəfərli bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Təsis qurultayının keçirilməsi barədə qərar sentyabrın 24-də partiyanın yaradılması üzrə təşəbbüs qrupu üzvlərinin görüşündə qəbul edilib.

Hərəkatın partiyaya çevrilməsinə hazırlıq hələ bir neçə il öncə başlayıb.

“Bu hazırlıqlar bir müddət öncə başlayıb, sadəcə buna bir zaman gərəkirdi. Hesab edirik ki, Hərəkat yarandığı 8 il ərzində kifayət qədər özünü bütün ölkəboyu ciddi qurum kimi tanıdıb, bu yöndə uğrurlar qazanıb, indi isə partiya formatında ciddi strukturlaşma zərurəti yaranıb və odur ki, haqqında danışılan qərar qəbul edilib”, – o bildirib.

N.Cəfərli qurumun 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatıla bilməsini istisna etməyib.

“Bizim təşkilat hesab edir ki, siyasi partiya seçkilərdə iştirak etməlidir və boykotu çıxış yolu saymırıq.Odur ki, istər Hərəkat, istərsə də partiya formatında seçkilərə qatılmağı düşünürük”, – o vurğulayıb.

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. 2016-cı ildə qurumun partiyaya çevrilməsi üçün Təşkilat Komitəsi yaradılıb.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub. Avropa Insan Hüquqları Məhkəməsinin İ.Məmmədovun həbsdən azad olunması barədə qərarının, Avropa Şurası Nazrilər Komitəsinin çoxsaylı qərarının olmasına baxmayaraq, o, həbsdən azad edilməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button