24saat.org ReAL partiyasının daha bir üzvü həbs edilib - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
ReAL partiyasının daha bir üzvü həbs edilib

Partiya fəalı 30 sutkalıq azadlıqdan məhrum edilib

 

Nəsimi Rayon Məhkəməsi mayın 30-da ReAL partiyasının üzvü Nəriman Mücahid İsmayıl haqda inzibati hökm çıxarıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ittiham olunaraq 30 sutka azadlıqdan məhrum edilib.

Bu barədə ReAL-dan Meydan TV-yə deyiblər.

İttihama görə, polis Nəriman Mücahid İsmayıla yerə niyə zibil atmasını sual edib və o, buna müqavimət göstərib.

Mayın 29-da ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı 30 sutka, bugün isə Elmin Həmzə 25 sutka azadlıqdan məhrum ediliblər.

Digər ReAL üzvü Ərəstun Əlizadə isə hazırda Yasamal Rayon Məhkəməsindədir.

ReAL üzvləri həbslərin səbəbini mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakının mərkəzində tədbirlə əlaqələndirirlər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.