2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

REAL: Prezident İlham Əliyevin təbriki İlqar Məmmədova çatdırılıb


ReAL Partiyasının sədri Prezident Administrasiyasının təmsilçisi ilə görüşüb. Sentyabrın 4-də Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

Bu barədə ReAL Partiyası məlumat yayıb. Məlumatda yazılıb ki, Ədalət Vəliyev ReAL-ın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb:

“Təbrikə görə təşəkkürünü bildirən ReAL sədri siyasi partiyaların qeydiyyatında son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğuladı. Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, İ.Məmmədov sentyabrın 4-də Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin ReAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb:

“Ədalət Vəliyev bildirdi ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq”.

Vəfa Nağı və Tofiq Yaqublu…

Verilən məlumata görə, söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

İctimai fəal, Neftçala rayonunun Xol Qaraqaşlı kəndində bələdiyyə üzvü olan V.Nağı bu günlər həmin qurumdan uazaqlaşdırılıb.O qərarı düzgün saymır. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü T. Yaqublu isə Nizami Rayon Məhkəməsində xuliqanlıqda ittiham edilərək 4 il 3 ay həbs cəzası alıb.O da bu qərarın əsassız, siyasi sifarişlə verildiyini açıqlayıb.

Xatırlatma

ReAL Pratiyası bu günlərdə dövlət qeydiyyatına alınıb. Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi proseduru dayandırıb. Prosedur Avropa İnsan Hüquqları Məhkəməsinin siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmamasına görə başladılmışdı. Bu ilin apreldə Ali Məhkəmə İlqar Məmmədov və onun partiyadaşı Rəsul Cəfərovun məhkumluqlarını götürüb, onlara qanunsuz həbslərinə görə kompensasiya ödəyib. REAL-ın lideri İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. İ.Məmmədovun hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarı olub. O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub. R. Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətimə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button