Now Reading:
ReAl şərtlər qoydu: “İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq”

ReAl şərtlər qoydu: “İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq”

ReAl təşkilatı Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsinə ilə rəsmi açıqlama yayıb.

Açıqlamanı təqdim edirik:

RESPUBLİKAÇI ALTERNATİV TƏŞKİLATININ ERKƏN PREZİDENT SEÇKİLƏRİNİN ELAN EDİLMƏSİ İLƏ BAĞLI MÖVQE SƏNƏDİ

Respublikaçı Alternativ (ReAl) növbədənkənar prezident seçkilərinin elan edilməsini tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi addım kimi qiymətləndirir. Belə ki, demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri hazırda mövcud deyil və bu İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsi üçün atılmış legitimliyi şübhə doğuran bir addımdır. Bu, hakimiyyətin 2016-cı ildə həyata keçirdiyi hüquqazidd Konstitusiya dəyişikiklərinin davamıdır.

Növbədənkənar seçkilərin elan edilməsi ilə Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud vəziyyətdə olan imkanlar bir az da məhdudlaşdıırlmış oldu. Belə məhdudiyyətlərdən biri ReAl sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən Prezident seçkilərdən əvvəl həbsdə olmasıdır. Həbsin qanunsuzluğunu və siyasi motivlərlə həyata keçirildiyini, o cümlədən azadlıqdan məhrum etmə hökmünün ədalətli mühakimə hüququnun pozulması nəticəsində çıxarıldığını müəyyən edən Avropa Məhkəməsi qərarlarının mövcud olmasına baxmayaraq İlqar Məmmədov azadlığa buraxılmayıb.

Bundan başqa, çoxsaylı jurnalist və bloggerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi basqılar mövcuddur. Məhz bu basqılar nəticəsində ReAl-ın təsis qurutayı keçirərək siyasi partiyaya çevrilməsinə hakimiyyət tərəfindən ciddi maneələr yaradılmaqdadır.

Növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, yuxarıda qeyd edilən və qeyd edilməyən digər məhdudiyyətlər aradan qaldırılmayacaqsa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə bu seçkilər legitim ola bilməz və seçki prosesi ümumilikdə “pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq.

ReAl yuxarıda qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək!

Bakı, 05 fevral 2018-ci il”

Bastainfo.com

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.