Now Reading:
“Real”da Zidanın rəhbərliyi altında oynamaq istərdim”

“Real”da Zidanın rəhbərliyi altında oynamaq istərdim”

“Mançester Siti”nin “Sevilya” klubuna icarəyə verdiyi Samir Nasri İspaniya Kubokunun 1/8 final mərhələsində keçirilən oyundan sonra fikirlərini bölüşüb.

24.saat.org  goal.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi həmyerlisi Zidanın rəhbərliyi altında oynamaq istədiyini bildirib.

“Zidan görkəmli mütəxəssisdir. “Real Madrid”də ilk 32 oyunda qazanılan xallar sayına görə Qvardiola, Pelleqrini və Mourinyonu qabaqladı. Mövsümün ortasında komandanın baş məşqçisi təyin olunmasına baxmayaraq, onu Çempionlar Liqasında qalib etdi. Madrid klubu onun rəhbərliyi altında uzun müddətdir uduzmur. “Real”da Zidanla çalışmaq istərdim. Nadir hallarda yaxşı futbolçu gələcəkdə yaxşı məşqçi olur. Ümumi götürəndə, “Sevilya”da hər şey məni qane edir. Çoxlarının iki klubdan ibarət turnir hesab etdiyi çempionatda “Real”a yaxınlaşırıq”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.