2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Redaktordan icra başçısına pulsuz park təklifi

Bəlli olduğu kimi, Masallıya yeni təyin olunmusunuz. Çoxlu təkliflərlə, gileylərlə, məsləhətlərlə, xahişlərlə qarşılaşırsınız. Əksəriyyəti də vəsait tələb edir.

Mənim də bir təklifim var. Lakin həmin təklifi heç bir vəsait sərf etmədən reallaşdırmaq olar.

Bir az obrazlı desək, axı necə?

Saytların yığılması Saytlarin yigilmasi

Masallı şəhərinin mərkəzindən keçən Viləş çayının Baş körpüsünün sağ və sol tərəflərində bulvar tikmək nəzərdə tutulub. Son 5 ildə bu məqsədlə 200 min manata yaxın pul xərclənsə də, hələ ki, buranın park olması, insanların istirahəti üçün nə oturacaq, nə işıqlandırma sistemi, nə əyləncə obyektləri var.

Bəs bu işləri ciddi vəsait sərf etmədən necə görə bilərik?

  • 26 bağban və fəhlə məsələsi

Hələ 4-5 il öncə icra hakimiyyəti başçısının saytında rayondakı iş yerləri barədə məlumatda göstərilirdi ki, həmin gələcək bulvarda 26 nəfər bağban və fəhlə işləyir. Bu ərazidə isə 3-4 nəfərdən artıq fəhlə görmək mümkünsüzdür. İndi bu 26 nəfərin 300 manat olmaqla minimum əmək haqqı ilə maaşlarını hesablasaq, aya 8 min  400 manat, ilə vursaq, 100 min manatdan artıq məbləğ alınır. Görəsən, 100 min manata (yəni cəmi 1 ilin puluna) orada nələr etmək olar?

  • Maraqlı bir Kremençuk təcrübəsi

Hələ 16 il öncə Ukraynanın Kremençuk şəhərində ezamiyyətdə olarkən bir bağda üstündə yazılar olan çoxlu oturacaqlar gördük. Yazılanlarin nə olduğunu soruşduqda dedilər ki, şəhərin merinin təşəbbüsü ilə kimin əzizi vəfat edirsə, həmin şəxs öz vəsaiti hesabına dünyasını dəyişmiş atasının, anasının, qardaşının xatirəsinə bir oturacaq düzəltdirib, adın da üstünə yazdırıb, gətirib qoyur bu bağa. 

Qısa müddətdə bu bağa o qədər oturacaqlar qoyulur ki, mer məcbur olub ikinci bağ üçün ərazi ayırır.

Bu sahədə Türkiyə təcrübəsi də var. Yəni istənilən məşhur sənətkar valideynlərinin adı verilməklə məktəb, uşaq bağçası, xəstəxana tikdirir. Məsələn, adı olur “Sibel Canın atasının xatirəsinə məktəb”.

  • Bəs icra hakimiyyəti nə edə bilər?

Rayon rəhbərliyi də təşəbbüsə qoşulub elan edə bilər ki, heç kimdən təmənna ummadan burada əyləncə yeri yaratmağa, dondurma, çayxana və buna bənzər obyektlər açmağa icazə verir və hətta ən yaxşı layihə üçün mükafat ayırır.

Təxminən belə:

  • xeyriyyə məqsədi ilə alınan oturacaqlar vasitəsi ilə “oturacaq problemi” həll olunur; 
  • yalançı bağban və fəhlə ştatları hesabına əldə edilən 100 min manat hesabına işıqlandırma və digər abadlıq məsələləri həll olunur, 
  • – icra hakimiyyətinin təşəbbüsi və xeyirxah jesti ilə obyektlər qurulur.

Həticədə gözəl bir istirahət məkanı, Masallı bulvarı yaranır.

Göründüyü kimi, sadə, pulsuz və səmərəli bir addım.

İnanırıq ki, Masallının yeni icra başçısı Araz Əhmədov təklifimizə həssaslıqla yanaşacaq və biz yaxın varxtlarda burada gözəl bulvar görəcəyik.

Qeyd: Əgər təklifim reallaşarsa, valideynlərimin xatirəsinə bir oturacaq da mən hazırlatdıracağam.

Zahir Əmənov, cənub.az

24 saat” “Redaktordan icra başçısına pulsuz park təklifi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button