2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Redmi K50 və K50 Pro smartfonları təqdim olunub – QİYMƏTİ

    Redmi brendi çoxdan gözlənilən Redmi K50 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K50 ilə yanaşı həmçinin K50 Pro modeli də daxil olub. Bununla yanaşı 1 il bundan öncə təqdim edilmiş Redmi K40 modelinin daha təkmilləşdirilmiş versiyası Redmi K40S təqdim edilib. Redmi K50 seriyasına gəldikdə bu seriyaya daxil olan smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onlar bəzi texniki özəlliklər baxımından fərqlənirlər. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonların ekranları Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, smartfonların ekranları həmçinin HDR10+Dolby Vision texnologiyalarının dəstəyinə sahibdirlər. Barmaq izi skanı texnologiyası isə smartfonların yandırıb/söndürmə düymələrinə inteqrasiya edilib. Sözügedən smartfonlar özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirirlər. Əsas texniki göstəricilər baxımından adi Redmi K50 modeli 8 nüvəli 5 nanometrlik MediaTek Dimensity 8100 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma, təsvirin optik stabilizasiyası) + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik (f/2.4 diafraqma) ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Redmi K50 Pro modelinə gəldikdə isə o, 8 nüvəli 4 nanometrlik MediaTek Dimensity 9000 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma, təsvirin optik stabilizasiyası) + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik (f/2.4 diafraqma) ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonların arxa kameraları saniyədə 30/60 kadr sürətlə 4K keyfiyyətində, 30/60 kadr sürətlə 1080p keyfiyyətində və 30 kadr sürətlə 720p keyfiyyətində videolar çəkə bilirlər. Hər iki smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfonlar 22 mart tarixində Çində satışa çxacaqlar. Onların Çin bazarında satış qiymətləri isə aşağıdakı kimi olacaq:

– 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K50 – 377$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K50 – 409$

– 12 GB RAM-a və 256 GB yaddaşa sahib – Redmi K50 – 440$

– 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K50 Pro – 472$

– 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K50 Pro – 519$

24 saat” “Redmi K50 və K50 Pro smartfonları təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button